Reza Deqatidən Şuşa haqqında çəkdiyi film barədə PAYLAŞIM - VİDEO

Reza Deqatidən Şuşa haqqında çəkdiyi film barədə PAYLAŞIM - VİDEO

Hazırda oxunan: Reza Deqatidən Şuşa haqqında çəkdiyi film barədə PAYLAŞIM - VİDEO

70051

Dünyaşöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib.

Bizim.Media xəbər verir ki, Reza Deqati özünün instaqram səhifəsində film barədə paylaşım edib.

Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.

Reza Deqati paylaşımında Xudayar Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb.

Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.

"İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim", - deyə fotoqraf qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO