Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğınları baş verib.
Bizim.Media xəbər verir ki, bölgədə küləyin təsirindən alov müxtəlif istiqamətlərdə yayılıb.
Əraziyə çox sayda yanğınsöndürən cəlb olunub, giriş-çıxış dayandırılıb. Yer səthinin enişli-yoxuşlu olması yanğına müdaxiləni çətinləşdirir.
Qeyd edək ki, keçən il əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qərbi Qara dəniz və Cənub-Şərqi Anadolu bölgələri olmaqla Türkiyənin 49 vilayətdə 299 meşə yanğını baş verib. Bu yanğınlar zamanı səkkiz nəfər ölüb, yüz minlərlə hektar meşə sahəsi və yaşayış yeri külə dönüb, minlərlə heyvan tələf olub.
Bizim.Media