Britaniyada 600-dən çox insan həbs edildi - SƏBƏB

Britaniyada 600-dən çox insan həbs edildi - SƏBƏB

Hazırda oxunan: Britaniyada 600-dən çox insan həbs edildi - SƏBƏB

70025

Böyük Britaniyada qlobal istiləşməni dayandırmaq üçün iqlim etirazçılarının koordinasiyalı nümayişləri davam edir.

Bizim.Media İndepenedent agentliyinə istinadla xəbər verir ki, nümayişlərin yeddinci günündə fəallar Hayd parkının girişində yerləşən Mərmər tağın və neft tankerinin üstünə çıxıblar.

Böyük Britaniyada fəalların neft anbarlarında yolları bağlamasından sonra son iki həftə ərzində 600-dən çox insan həbs edilib.

London-2012 Yay Olimpiya Oyunlarının çempionu Etienn Stott da etirazçılar arasındadır. Stott deyib:

“Hərəkətlərimin bəzilərinin xoşuna gəlmədiyini bilirəm və öz hərəkətimə görə cavab verməyə hazıram. Lakin hökumətimiz də insan sivilizasiyasının məhvinə yönələn qərarlarına görə cavab verməlidir”.

“ExxonMobil” şirkəti də daxil olmaqla, Britaniyanın neft sektorundakı üç firma bu həftə etirazları dayandırmaq üçün göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO