Elçin Quliyev idmançıları təltif etdi - FOTO 

Elçin Quliyev idmançıları təltif etdi - FOTO 

Hazırda oxunan: Elçin Quliyev idmançıları təltif etdi - FOTO 

69969

Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanan “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, əldə etdikləri nailiyyətlər münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikləri idmançılara çatdırılıb. 

2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanıb. 

İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaqlarına söz verib. 
Sonda DSX rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edən idmançılar təltif olunub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO