"XI sinfi bitirənlərin 30%-i kolleclərə və ali məktəblərə sənəd vermir" - Məleykə Abbaszadə

Hazırda oxunan: "XI sinfi bitirənlərin 30%-i kolleclərə və ali məktəblərə sənəd vermir" - Məleykə Abbaszadə

69933

“Şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

O bildirib ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30%-ə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər:

“Yəni buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO