Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəldi

Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəldi

Hazırda oxunan: Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəldi

69857

Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala yüksəlib.

Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 48 kq çəki dərəcəsində gücünü yoxlayan yığma üzvü yarışa 1/8 final mərhələsindən qoşulub.

O, debüt görüşündə Telet Yağlı (Türkiyə) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb - 4:0 (30:26, 29:27, 29:27, 28:28, 29:27).

K.Babayev aprelin 19-da 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə milli üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO