FAO rəsmisi: “Azərbaycan tərəfi Qarabağla bağlı bizdən kömək istəyib” - VİDEOMÜSAHİBƏ

FAO rəsmisi: “Azərbaycan tərəfi Qarabağla bağlı bizdən kömək istəyib” - VİDEOMÜSAHİBƏ

Hazırda oxunan: FAO rəsmisi: “Azərbaycan tərəfi Qarabağla bağlı bizdən kömək istəyib” - VİDEOMÜSAHİBƏ

69668

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak

Bizim.Media-ya özəl videomüsahibə verib. 

Mələk Çakmak Azərbaycan – FAO münasibətlərində bir neçə həssas nöqtələrə toxunub.

Azərbaycan tərəfindən ən çox təkliflərin hansı sahə üzrə olduğunu açıqlayan ofis rəhbəri Qrabağın azad olunmuş ərazilərinin adını çəkib:

“FAO olaraq Azərbaycanın prioritet və ehtiyac olan istiqamətlərində təkliflər həmişə gəlir. Bu sahələrdə çox geniş təcrübəmiz var və illərdir Azərbaycana texniki dəstəyin verilməsini təşkil edirik. Qarabağda Ağıllı kəndin həyata keçirilməsində fermerlərin təhsillərində və iqlimə uyğun kənd təsərrüfatının təşkili məsələlərində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin köməyimizə ehtiyacı var. Bununla bağlı bizə müraciət olunub".

Fındıqçılıq təsərrüfatının inkişafına yönəlmiş Kənd Təsərrüfatı layihəsi haqqında danışan Melek Çakmak layihənin Azərbaycan Əməkdaşlıq proqramı tərəfindən maliyyələşdirildiyini də bildirib: 

"Məqsəd məhsuldarlığın artırılması, kiçik fermerlərin daha çox gəlirə qovuşması, bazara çıxışlarının təmin edilməsi, göbələk növü olan aflotoksinin yerli məhsullarda yayılmasının qarşısının alınmasıdır." 

Azərbaycanın yerli istehsalı olan Ata-baba sortunun saxlanması və genetik ehtiyatının qorunması barəsində də ekskluziv fikirlərini səsləndirib.

"Bu işləri görərkən özəl sektora çox dəyər veririk, çünki biz bilirik ki, bunlar Beynəlxalq quruluş olaraq FAO və təkcə dövlətin işi deyil, həmçinin özəl sektorların da işidir". 
Layihələrin büdcəsi ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran FAO Ofisinin rəhbəri bir çox maraqlı məqamlara da toxunub. 

Daha geniş videomüsahibəni diqqətinizə təqdim edirik:
 


Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO