Paşinyan: “Bakı ilə tezliklə sülh müqaviləsi bağlamaq lazımdır”

Paşinyan: “Bakı ilə tezliklə sülh müqaviləsi bağlamaq lazımdır”

Hazırda oxunan: Paşinyan: “Bakı ilə tezliklə sülh müqaviləsi bağlamaq lazımdır”

69413

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda 44 günlük müharibə zamanı həlak olanlarla bağlı yeni məlumatları açıqlayıb və insidentin səbəbləri barədə bir daha danışıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, parlamentin kürsüsündən çıxış edən baş nazir 2-ci Qarabağ savaşında indiyədək 3825 erməni hərbçisinin öldüyünü, onların əksəriyyətinin qalıqlarının 2021-ci ildə tapıldığını, şəxsiyyəti müəyyənləşdirilərək dəfn olunduğunu bildirib.

“Qəbiristanlıqlarda dalğalanan dövlət bayraqları 2021-ci ilin rəmzinə çevrilib. Mən əvvəl də müharibədəki məğlubiyyətə görə öz günahımı etiraf etmişəm. Amma məni xəyanətdə, torpaqları təslim etməkdə ittiham edən müxalifətçilərin ünvanıma səsləndirdiyi ittihamları qəbul etməmişəm və qəbul etmirəm”, - Paşinyan bildirib.

“Mən günahkaram ki, 2018 və 2019-cu illərdə xalqa demədim ki, Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana təhvil verək, Qarabağın statusu üçün qoyduğumuz həddi (planka) aşağı salaq. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı tərk etmiş Azərbaycan əhalisinin onun gələcək taleyinin müəyyən edilməsi prosesinə tam şəkildə cəlb olunmasını gözləyir”, - Paşinyan qeyd edib.

Milli Assambleyanın tribunasından çıxış edən Paşinyan onu da vurğulayıb ki, bütün bu illər ərzində beynəlxalq aktorlar Azərbaycanın ərazi bütövlüyü və ərazilərin Azərbaycana verilməsinin zəruriliyi ilə bağlı yekdil mövqe nümayiş etdiriblər.

Onun sözlərinə görə, “əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim, ancaq bundan imtina etməklə minlərlə qurbanın günahkarı oldum”.

Paşinyan həmçinin bəyan edib ki, Ermənistan hökuməti hesab edir ki, İrəvan və Bakı tezliklə sülh sazişi bağlamalıdır.

“Xarici işlər nazirlərinin sülh müqaviləsi üçün hazırlıq işlərinə başlaması ilə razılaşdım. Bu nə deməkdir, format necə olacaq, son tarixlər nədir, bütün bunlar hələ müzakirə olunacaq. Amma Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq bizim planlarımızın bir hissəsidir”, deyə o bildirib.
“Bizim strategiyamız nədir: Azərbaycanın sərhədlər məsələsində rəsmi mövqeyini öyrənmək, Ermənistanın da eyni məsələ ilə bağlı mövqeyini rəsmən müəyyən etmək. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün, yəni sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə etmək lazımdır. Bu legitimliyin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını təmin etmək və bunun əsasında Azərbaycanla razılığa gəlmək istəyirik”, - Nikol Paşinyan bildirib.

Paşinyan onu da qeyd edib ki, aprelin 30-dək İrəvan və Bakı sərhədlərin delimitasiyası üzrə komissiyanın üzvlərini təyin etməlidir.

Ermənistanın baş naziri hesab edir ki, “Ermənistan Azərbaycanın bütövlüyünü tanıyır, “Artsax”ın (Qarabağda qondarma rejim)  hüquqi statusu məsələsi onun təhlükəsizliyini təmin etməyə yönəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO