Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk".
"Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq".
Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.
"Hər birinizə gözəl bayram ovqatı arzulayırıq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:46 / 30.12.2020
DİN əhaliyə müraciət etdi
Hazırda oxunan: DİN əhaliyə müraciət etdi
Hazırda oxunan: DİN əhaliyə müraciət etdi
6934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.