Yol polisindən güclü küləyə görə sürücülərə MÜRACİƏT

Yol polisindən güclü küləyə görə sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Yol polisindən güclü küləyə görə sürücülərə MÜRACİƏT

69337

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında sürücüləri nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməməyə çağırıb:

“Bu cür hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə çağırırıq, avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - o bildirib.

Qurum rəsmisi xüsusilə yük maşınlarının sahibləri və sürücülərinə müraciət edərək, onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO