"Tamamilə yeni bir namizəd lazımdır" - Jirinovski Putinin varisindən danışdı

Hazırda oxunan: "Tamamilə yeni bir namizəd lazımdır" - Jirinovski Putinin varisindən danışdı

6931

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski 2024-cü ildə keçiriləcək prezident seçkilərində tamamilə yeni insanların namizəd göstəriləcəyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Onun sözlərinə görə, hazırki prezident Vladimir Putin beşinci dəfə namizədliyini vermirsə, Kreml naməlum bir namizədi irəli sürəcək.

Jirinovski Rusiya prezidentliyinə gələcək namizədləri sadalayıb.

Partiya liderinin siyahısına Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və keçmiş Baş nazir Dmitri Medvedev daxildir.

Onun fikrincə, mümkün varislər Moskva meri Sergey Sobyanin, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının rəhbəri Valentina Matvienko ola bilər, ancaq başqası da varis olacaq. Jirinovski özünə eyham vurub.

Məlumdur ki, 23 dekabrda Dövlət Dumasının deputatları ilk oxunuşda Putinin Rusiyada gələcək prezident seçkilərində yenidən özünü göstərə biləcəyi bir qanun layihəsi qəbul ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO