Xüsusi nümayəndə Hikmət Hacıyev və Qriqoryanla TELEFONLA DANIŞDI

Xüsusi nümayəndə Hikmət Hacıyev və Qriqoryanla TELEFONLA DANIŞDI

Hazırda oxunan: Xüsusi nümayəndə Hikmət Hacıyev və Qriqoryanla TELEFONLA DANIŞDI

69304

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Toivo Klaar "Twitter" hesabında bu təmasları dəstəklədiyini açıqlayıb:

"Dünən və bu gün Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr aparıb. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında təması tam dəstəkləyir”, - Aİ diplomatı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO