Sosial Tədqiqatlar Mərkəzi hansı işləri görüb? – HESABAT

Sosial Tədqiqatlar Mərkəzi hansı işləri görüb? – HESABAT

Hazırda oxunan: Sosial Tədqiqatlar Mərkəzi hansı işləri görüb? – HESABAT

6926

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2020-ci ildə ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb. 

İnformasiya STM-nin Bizim.Media-ya göndərdiyi hesabatda əksini tapıb.

Hesabatda əks olunan mühüm məqamlardan biri də daxili siyasətin təhlili, ictimai rəyin öyrənilməsi və sosial iqtisadi məsələlərin təhlilidir.

2020-ci ilin ictimai-siyasi, hərbi, regional və qlobal mənzərəsi, Azərbaycan xalqı nöqteyi-nəzərindən baş verən müstəsna əhəmiyyətə malik hadisələr, pandemiya (COVID-19) ilə mübarizə, II Qarabağ savaşının başlanması və qalibiyyətlə başa çatması, islahatların davam etdirilməsi, informasiya müharibəsində böyük qələbə qazanılması və s. proseslər kontekstində də STM öz fəaliyyəti ilə Prezidentə və müvafiq qurumlara açıq və qapalı arayışlar, sorğu sənədləri, müxtəlif araşdırmaları ilə beyin mərkəzi olaraq töhfəsini verməyə çalışıb.

STM-in Sosial-iqtisadi təhlil departamentinin əməkdaşları tərəfindən il ərzində təyinatı üzrə (ümumölkə üzrə) 7 (yeddi) rəy sorğusuna əsaslanan tematik analitik hesabat, 25-dən çox qapalı arayış, 20-dən çox məqalə hazırlanıb.

Neftçala rayonunda su təminatı, Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyəti ilə bağlı yeni təkliflərinə əhalinin münasibəti mövzusunda rəy əsaslı açıq arayışlar ərsəyə gətirilib. Departamentin tədbirlərinə gəldikdə, İqtisadiyyat Nazirliyi, ƏƏSMN, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Üçüncü Bahar İctimai Təşkilatının iştirakı ilə  “Azərbaycanda yaşlılar: qayğı və rifah məsələləri” analitik hesabatının onlayn təqdimatı baş tutub.

Departamentin əməkdaşları 2020-ci il ərzində pandemiyanın sosial-iqtisadi təsirlərinin minimumlaşdırılması ilə bağlı dövlət siyasəti və həmçinin 44 günlük Vətən müharibəsi dövründə "Müdafiə iqtisadiyyatından - müharibə iqtisadiyyatına keçid" mövzusunda müxtəlif formatlı vebinar və zoom toplantılarında moderatorluq edib və həmçinin məruzə ilə çıxış ediblər. 

2020-ci ildə Departamentdə “Azərbaycanda islam” adlı analitik hesabat hazırlanmış, son 10 ildə ölkəmizdə bu sahədə gedən başlıca trendlər, dindarlığın dinamikası və perspektivləri sosioloji sorğu nəticəsində statistik və keyfiyyət təhlilləri hazırlanıb təqdim edilmişdir. 

2020-ci ildə Departament tərəfindən Azərbaycanda daxili miqrasiya prosesləri və onların dinamikasının təhlil edildiyi analitik hesabat hazırlanıb.

2020-i ildə STM-in "Sosial tədqiqatlar" jurnalının ilk sayı hazırlanaraq çapa təqdim edilib.

Departament tərəfindən 20-dən çox sorğu keçirilib. Şöbənin təşəbbüsü ilə həm yerli, həm də beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub. Bu çərçivədə bir neçə tədqiqat layihəsinin icrası Mərkəz tərəfindən həyata keçirilib. 

Departament əməkdaşlarının müəllifliyi ilə “İstiqlal” (Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının bir illiyi münasibətilə 1919-cu ildə nəşr olunan toplu) və “Qarabağnamə” kitabları ərsəyə gətirilib.

Departament əməkdaşlarının 3 məqaləsi  impakt faktorlu jurnallarda nəşr edilib. 28 məqalə isə Türkiyə mediasında yer alıb.

Ölkə daxilində 15-dən çox elmi-publisistik məqalələr çap edilib. Departament əməkdaşları tərəfindən müxtəlif mövzularda 19 arayış hazırlanıb. Mərkəzin sosial media hesabları da daim aktiv fəaliyyət göstərib. 

Müharibə kontenti: STM sosial mediada müharibə ilə əlaqədar kreativ məzmun və post paylaşılmışdır (caps-lər, müxtəlif dillərdə vizual bəyanatlar, info/video-qrafikalar, video çıxışlar, məqalələr və re-postlar).

Eyni zamanda 44 günlük Vətən Müharibəsi zamanı STM-in mətbuat xidməti müxtəlif seqmentlərdə informasiya müharibəsinin fəal iştirakçıları olublar. Mətbuat xidmətinin əməkdaşı xüsusi kommunikasiya qərargahına ezam olunaraq oradan fəaliyyətini davam etdirib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO