İsrail bu il “Avroviziya”da iştirak etməyəcək

İsrail bu il “Avroviziya”da iştirak etməyəcək

Hazırda oxunan: İsrail bu il “Avroviziya”da iştirak etməyəcək

69214

İsrail nümayəndə heyəti bu il Avroviziyada iştirak edə bilməyəcək.

Bizim Media xəbər verir ki, İsrailin İctimai Yayım Korporasiyası (Kan) çərşənbə axşamı bildirib ki, Xarici İşlər Nazirliyinin tətili ilə əlaqədar Turində keçirilən mahnı müsabiqəsində İsrail nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcək.

İsrailin Daxili Kəşfiyyat Xidməti Şin-Bet (ŞABAK) deyir ki, onunla əməkdaşlıq etmədən İsrail komandasının təhlükəsizliyinə cavabdeh ola bilməz.

Bu baxımdan İsrail “Avroviziya”da iştirak edə bilməyəcək. Önümüzdəki həftələrdə bir şey dəyişərsə, qərar da dəyişəcək.

Kan korporasiyası bildirib ki, dövlət onun təhlükəsizliyini təmin etməsə, nümayəndə heyəti göndərə bilməyəcək. 

Kan rəsmi hesabında məsələ ilə bağlı bunları yazıb: 

"XİN-in tətili səbəbindən ŞABAK “Avroviziya” mahnı müsabiqəsində İsrail nümayəndə heyətinə xidmət göstərə bilmir və indiyə qədər İsrail nümayəndə heyəti "Avroviziya 2022" mahnı müsabiqəsində iştirak etməyəcək".
İsraili müsabiqədə Gürcüstan və Ukraynadan olan repatriatın oğlu Maykl Ben-David təmsil etməli idi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO