Vüsalə Əlizadədən 2 məşhura canlı efirdə SƏRT REAKSİYA: “O səviyyədə deyilsiniz” - VİDEO 

Vüsalə Əlizadədən 2 məşhura canlı efirdə SƏRT REAKSİYA: “O səviyyədə deyilsiniz” - VİDEO 

Hazırda oxunan: Vüsalə Əlizadədən 2 məşhura canlı efirdə SƏRT REAKSİYA: “O səviyyədə deyilsiniz” - VİDEO 

69159

Ötən həftələrdə öncə "Kristal" qrupunu rəhbəri Mədinə Məlikin "Vüsalə Göylə çox getmə, yerdə gəz", daha sonra aktyor Sərxan Kərəmoğlunun "Vüsalə elə bil 25 il əvvəldə qalıb” sözlərinə aparıcı Vüsalə Əlizadədən tərs şillə gəlib.  

Bizim Media xəbər verir ki, Vüsalə aparıcısı olduğu "7 canlı" axşam şousunda ətrafında gəzib-dolaşan ittihamlara sərt şəkildə reaksiya bildirib.  

"Mesaj yazıb, zəng edib "Məni verilişinizə çağırmırsınız. Hansısa kartof təmizləyəni efirə dəvət edirsiniz. Deməli, siz hələ də o səviyyədə deyilsiniz. Çünki bəziləri onlara layiqdir. Bizim kanal (ATV kanalı – Red) və rəhbərlik çox gözəl bilir ki, kimi harada və necə təqdim etmək lazımdır. Mən sadəcə bu verilişin aparıcısıyam.
 

MÖVZU İLƏ BAĞLI:

Vüsalə Əlizadəni bu formada görməmisiniz – FOTO


Qonaqları təyin etmirəm, siyahısını tutmuram, onların arasında ayrı-seçkilik etmirəm. Nə səlahiyyətli insanam, nədə ki bir şey... Sadəcə aparıcıyam, vəzifəmi icra edirəm. Çalışıram ki, böyüklərə və kiçiklərə ədəb-ərkanla, ailəmdə aldığım tərbiyəmlə yanaşım. Əgər qədərindən artıq heç kimə cavab vermirəmsə, bu o demək deyil ki, Vüsalənin dili yoxdur. Sadəcə hər şeyi kanal və rəhbərlik təyin edir", deyə, V. Əlizadə qalmaqallı məsələyə aydınlıq gətirib.  

Qeyd edək ki, Vüsalə Əlizadənin söylədiyi "kartof təmizləyən" şəxs "Bizimləsən" proqramında həyatı alt-üst olan Elnarə adlı qadındır. Həmin qadın bir neçə dəfə ATV-də yayımlanan müxtəlif proqramlarda ifaçılıq qabiliyyətini nümayiş edərək, tamaşaçılar tərəfindən rəğbət qazanıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO