Milli Məclis Elman Rüstəmovun vəzifədən azad edilməsi məsələsinə baxacaq

Milli Məclis Elman Rüstəmovun vəzifədən azad edilməsi məsələsinə baxacaq

Hazırda oxunan: Milli Məclis Elman Rüstəmovun vəzifədən azad edilməsi məsələsinə baxacaq

69060

Milli Məclisin yaz sessiyası çərçivəsində sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları daxil edilib.

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlərin sayı 5-ə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Rüstəmov Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilir


Bunlar aşağıdakılardır: 

- Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında. 

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 

- “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO