Putin dünya liderlərini təbrik etdi

Putin dünya liderlərini təbrik etdi

Hazırda oxunan: Putin dünya liderlərini təbrik etdi

6905

Rusiya Prezidenti Vladimir Putin xarici liderləri Milad bayramı və Yeni il münasibəti ilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Kremlin saytında yer alıb.

Fransa prezidenti Emmanuel Makronu təbrik edən Putin qeyd edib ki, 2020-ci il asan bir il olmayıb və terror hücumlarından koronavirus pandemiyasına qədər bir çox sınaqlardan keçib.

Rusiya lideri Almaniya kansleri Angela Merkelə təbrikində vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər hər iki xalq üçün çox vacibdir və Avropa qitəsində təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyətə malikdir.

Yaponiyanın Baş naziri Yoşihide Suqanı təbrik edən Putin konstruktiv dialoqa sadiq olduğunu bir daha təsdiqləyib.

Təbrik göndərilənlərin siyahısında Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan və Azərbaycan prezidentləri Armen Sarkisyan və İlham Əliyev, Ermənistan və İsrailin baş nazirləri Nikol Paşinyan və Benyamin Netanyahu, Suriya və Türkiyə liderləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan, həmçinin Çin lideri Si Jinping də var.

Həmçinin Moldova, Serbiya və Venesuela prezidentləri Maya Sandu, Aleksandr Vucic və Nikolas Maduro, habelə Hindistan Baş naziri Narendra Modiyə təbriklər göndərilib.

Bundan əlavə, Putin Britaniya Baş naziri Boris Conson və Kraliça II Yelizavetanı, həmçinin ABŞ-ın seçilmiş və hazırki prezidentləri Co Bayden və Donald Trampı təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO