Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.
Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar cərimə ediliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 30.12.2020
Evində toy edənlər polis şöbəsinə dəvət olundu - FOTO
Hazırda oxunan: Evində toy edənlər polis şöbəsinə dəvət olundu - FOTO
Hazırda oxunan: Evində toy edənlər polis şöbəsinə dəvət olundu - FOTO
6901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.