İran, Rusiya və Çin körfəzdə hərbi baza yarada bilər

İran, Rusiya və Çin körfəzdə hərbi baza yarada bilər

Hazırda oxunan: İran, Rusiya və Çin körfəzdə hərbi baza yarada bilər

6899

İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər.

Bizim.Media-nın məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İranın Rusiya və Çinlə dostluq əlaqələri yüksək səviyyədədir və bu münasibətləri siyasi-iqtisadi aspektlərdə dərinləşdirmək üçün heç bir məhdudiyyət yoxdur:

“İran və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq, ikitərəfli səviyyə ilə yanaşı, regional səviyyədə də həyata keçirilir”.

Ə. Rəbii qeyd edib ki, dəfələrlə, o cümlədən Hörmüz Sülh Planının təqdimatında da qeyd olunduğu kimi, Körfəz bölgəsində təhlükəsizlik bölgənin sahil dövlətləri tərəfindən təmin edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO