Sahil Babayev məşqçilərlə görüşdü - FOTO

Sahil Babayev məşqçilərlə görüşdü - FOTO

Hazırda oxunan: Sahil Babayev məşqçilərlə görüşdü - FOTO

68862

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Bakı və Sumqayıt şəhərlərində çalışan məşqçilərlə görüşüb.

Federasiyanın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə boksun hazırkı vəziyyəti, daha da inkişaf etdirilməsi və kütləviləşməsi, həmçinin beynəlxalq təcrübədən yararlanaraq yüksək nailiyyətlərin əldə olunmasının yolları müzakirə edilib.

Sahil Babayev bildirib ki, hər bir uğura gedən yol mütəxəssislərin qurduğu sistemə bağlıdır və təməli onlar qoyur, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərinin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır.

Məşqçilər boksun inkişafı, klubların sayının, idmançıların təcrübəsinin artırılması, milli üçün ehtiyat qüvvənin yetişdirilməsi, bölgələrdə kütləviliyə nail olmaq, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

Sahil Babayev görüş iştirakçılarına Məşqçilər Komitəsinin formalaşdırılması və onların köməyi ilə uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib. ABF rəhbəri İdarə Heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması barədə də göstərişlərini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO