Prokurorluqdan çobanın minaya düşməsi ilə bağlı AÇIQLAMA 

Prokurorluqdan çobanın minaya düşməsi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Prokurorluqdan çobanın minaya düşməsi ilə bağlı AÇIQLAMA 

68824

Prokurorluq Tərtər rayonu ərazisində Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Bizim.Media Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlunun Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli xəsarətlər alması müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə minaya düşən şəxsin əməliyyat masasında fotosu yayıldı – ÖZƏL - FOTO


Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Tərtər rayonu ərazsində qoyun otaran 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Həsənqaya kəndi ərazisində minaya düşüb. O xəstəxanaya yerləşdirilib və hər iki ayağı amputasiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO