İrəvandakı ABŞ səfirliyinin qarşısında tüstülü ETİRAZ - VİDEO 

İrəvandakı ABŞ səfirliyinin qarşısında tüstülü ETİRAZ - VİDEO 

Hazırda oxunan: İrəvandakı ABŞ səfirliyinin qarşısında tüstülü ETİRAZ - VİDEO 

68808

“Viruslara yox!”, “Bioloji silahlara yox!”, “Ermənistan təcrübə meydanı deyil, ermənilər qvineya donuzları deyil!”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu şüarlarla “Alyans” partiyasının gənclər qanadının nümayəndələri ABŞ-ın İrəvandakı səfirliyinin yaxınlığında nümayiş keçirib.

Onlar bildiriblər ki, Ukraynadan olduğu kimi Ermənistanda da biolaboratoriyalar Vaşinqton tərəfindən maliyyələşdirilir:

“Tələbimiz budur ki, beynəlxalq monitorinq aparılsın. Biz əmin olmalıyıq ki, Ukrayna laboratoriyalarında olduğu kimi təhlükəli patogenlər hazırlanmır” – deyə partiyanın gənclər proqramlarının koordinatoru Denis Poqosyan bildirib. 
Etirazçılar Amerika diplomatik missiyasına öz tələblərini əks etdirən məktub təqdim ediblər, sonra da sakitcə evlərinə gediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO