İsrail ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olundu - FOTO

İsrail ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olundu - FOTO

Hazırda oxunan: İsrail ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olundu - FOTO

68714

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Milli Məclisin üzvləri, İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov və İsrailin Bakıdakı səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanın Yəhudi İcmasının üzvləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-dən Azərbaycan-İsrail əməkdaşlığı ilə bağlı AÇIQLAMA


Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar hadisə olduğunu bildirib.

İsrailin Azərbaycanilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasını qeyd edən nazir Ceyhun Bayramov, bunun əsl dostluq və həmrəylik nümunəsi olduğunu bildirib. 

Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda heç vaxt anti-semitizmin olmadığını bildirən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında hər zaman insani dəyərlər, milli-dini tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin mövcudluğunu qeyd edib.

İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün şəraitin olduğunu bildirən nazir Ceyhun Bayramov, həmçinin bugün beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

Daha sonra çıxış edən İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov 30 il ərzində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafında bir çox nailiyyətlərin əldə olunduğunu qeyd edib.
Müxtəlif sahələr üzrə inkişaf edən çoxşahəli ikitərəfli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən Yoel Razvozov, Bakıda keçirdiyi görüşlərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib.

İsrail və Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya əsaslandığını ifadə edən Yoel Razvozov, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının iki ölkə arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi və turizm sahəsində əlaqələrin genişləndirilməsi baxımından önəmli addım olmasını vurğulayıb. 
Yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini qeyd edən Y. Razvozov, Azərbaycanın bu baxımdan nümunəvi ölkə olduğunu bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO