ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ-ın Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacağını açıqlayıb.
Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində çıxış edən ABŞ Maliyyə Naziri Janet Yellen ABŞ-ın Rusiyanın qatıldığı G20 toplantılarına qatılmayacağını deyib və bu qərarı G20 həmkarlarına açıq şəkildə ifadə etdiyini bildirib:
"Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya üçün heç bir maliyyə qurumunda işlər həmişəki kimi ola bilməz və mən onunla tamamilə razıyam. O, Rusiyanın G20-dən çıxmasını istəyirdi və mən bunu İndoneziyadakı həmkarlarımla aydınlaşdırdım və biz bunu edəcəyik”.
Sonda "Ruslar orada olsaydı, bir sıra görüşlərdə iştirak etməzdim", - deyə Yellen qeyd edib.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:43 / 08.04.2022
ABŞ Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacaq
Hazırda oxunan: ABŞ Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacaq
Hazırda oxunan: ABŞ Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacaq
68705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.