“ASAN İmza”nı SİMA əvəz edə biləcəkmi? – Rəqabət BAZARI

“ASAN İmza”nı SİMA əvəz edə biləcəkmi? – Rəqabət BAZARI

Hazırda oxunan: “ASAN İmza”nı SİMA əvəz edə biləcəkmi? – Rəqabət BAZARI

68701

“...Azərbaycanın mobil imza bazarında yalnız ASAN İmzanın inhisarçılığı hökm sürür. Ümid edirəm son zamanlar xeyli aktivləşən Antiinhisar Dövlət Xidməti də bunun fərqindədir.

Düşünmək olar ki, SİMA-nın Azərbaycanın elektron imza bazarına daxil olması imza bazarında rəqabəti xeyli gücləndirəcək.
 

Çox güman ki, Dövlət Vergi Xidməti də həmçinin ASAN İmzanın sahibi olan xarici şirkət də bunun fərqindədir və bu baxımdan ASAN İmzanın çevikliyini və effektivliyini artırmaq üzərində işlər canlanıb”.


Bu barədə Osman Gündüz feysbuk səhifəsində paylaşım edib. Belə ki, elektron imza bazarında köhnə və uzun prosedurlara söykənən ASAN İmza texnologiyasını SİMA-nın niyə hələ də əvəz etməməsi maraq doğurur.

Daha operativ və asan çalışan SİMA-nın bazarda önə çıxmasının qarşısını nə alır? ASAN İmza və SİMA arasında rəqabət niyə zəifdir?

Bizim.Media olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mətbuat katibi Pərvanə Əliyeva ilə saxladıq.

O, rəsmi açıqlama verməkdən yayınaraq cavabında sorğu göndərməyimizi və 1-2 həftə arasında cavablanacağını bildirib.

Texnobloqqer Asif İbrahimov isə SİMA-nın bazara tam girə bilməməsinin səbəblərini açıqlayıb: 

“SİMA tam hazır deyil, beta-test mərhələsindədir. Tam fəaliyyətə başlayan kimi artıq köhnəlmiş sistemlərə qarşı böyük rəqabətçi olacaq. Hal-hazırda artıq böyük bank və idarələr, arxa planda SİMA ilə inteqrasiya işləri görürlər”.
 

Ekspert SİMA-nın ASAN İmza kimi mobil telefonlarda çalışacağını bildirib. Xatırladaq ki, ASAN İmza-nın müsbət cəhətlərindən biri mobil telefonda aktivləşə bilməsidir.


“SİMA-nın işi, əsasən, mobil telefonda planlaşdırılır. Rəqəmsallaşmada vacib amillərdən biri, texnologiyanın ələ çatan olmasıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO