Azərbaycanda dollara ehtiyacı artıran SƏBƏBLƏR – Günahkar kimdir?  

Azərbaycanda dollara ehtiyacı artıran SƏBƏBLƏR – Günahkar kimdir?  

Hazırda oxunan: Azərbaycanda dollara ehtiyacı artıran SƏBƏBLƏR – Günahkar kimdir?  

68665

“Son 2 ildə Azərbaycanda dollar hərraclarının özü heç nəyin göstəricisi deyil. O baxımdan ki, onlar obyektiv keçirilmir. Mərkəzi Bank nə qədər istəyirsə, o qədər dollar satır. Banklara da qeyri-rəsmi qaydada bu barədə bildirilir. Bankların da haqqı nədir ki, narazılıq etsinlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında maliyyə eksperti Əkrəm Həsənov bildirib.

Belə ki, son keçirilən hərraclarda banklara dollar satışının artmasının səbəblərinə aydınlıq gətirən ekspert sözügedən məsələdəki problemlərə diqqət çəkib: 

“Bir neçə il bundan əvvəlki hərraclar daha şəffaf idi və banklar istədikləri qədər sifariş verirdi. Lakin indi banklara əvvəlcədən xəbərdarlıq edilir və onlar da həmin xəbərdarlığa uyğun həcmdə sifraiş verirlər. Mərkəzi Bankın bu cür siyasəti məlumdur. Rəqəmlər də Mərkəzi Bankın istəyinə uyğun təyin olunur. Eyni zamanda banklar arasında da ayrı-seçkilik edilir. Bəzilərinə çox, bəzilərinə az dollar satılır. Doğrudur, əhaliyə satılan dollarlar üçün problem yoxdur, amma biznes üçün müəyyən problemlər var.
 

İndiki artımın səbəbi də hansısa sahibkara daha çox dollar lazım olmasından qaynaqlanıb. Azərbaycanda təəssüf ki, bazar alətləri, hərraclar işləmir. Əksər hallarda bunlar real hərrac deyil”.


Əkrəm Həsənov sadalananlarla yanaşı xarici valyutaya ehtiyacın artdığını da vurğulayıb: 

“Təbii ki, xarici valyutaya ehtiyac var. Ötən ay da artım olmuşdu. Bu da onunla bağlıdır ki, dünyada qiymət artımı var və Azərbaycan ixaractçılarının da xarici valyutaya ehtiyacı daha çoxdur. Daxildə və xaricdəki qiymət artımı, eyni zamanda Rusiyadan Azərbaycana axın səbəbindən də dollara ehtiyac artıb”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO