Elxan Məmmədov UEFA-nın iclasında Qurbanovun bu hərəkətindən DANIŞDI - VİDEO

Elxan Məmmədov UEFA-nın iclasında Qurbanovun bu hərəkətindən DANIŞDI - VİDEO

Hazırda oxunan: Elxan Məmmədov UEFA-nın iclasında Qurbanovun bu hərəkətindən DANIŞDI - VİDEO

68611

AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov bu jesti ilə adını futbol tarixinə yazdı - VİDEO


Məruzədə digər məsələlərlə yanaşı UEFA Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatdırılıb. 

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi.  
Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO