Brüssel görüşünün əsas MÜDDƏASI – Azərbaycanın ərazi bütövlüyü pozulmazdır

Brüssel görüşünün əsas MÜDDƏASI – Azərbaycanın ərazi bütövlüyü pozulmazdır

Hazırda oxunan: Brüssel görüşünün əsas MÜDDƏASI – Azərbaycanın ərazi bütövlüyü pozulmazdır

68540

Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşdə əsas məqamlardan biri də sözsüz ki, ərazi bütövlüyü məsələsinin qabardılmasıdır. 

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda göstərilir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlamalıdır.

Bununla əlaqədar olaraq müqavilənin hazırlanması üçün iki ölkənin Xarici İşlər Nazirliklərinə tapşırıqlar veriləcək. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı aprelin sonuna qədər birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub. 

Brüssel razılaşması deməyə əsas verir ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər paketi qəbul edilib və danışıqlar da onun əsasında aparılacaq. Hansı ki, bu sənəddə də əsas məqam Azərbaycanın ərazi bütövlüyü məsələsidir.
Bir sözlə, iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin əsası tərəflərin  bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Daha doğrusu, Ermənistan Azərbaycanın beynəlxalq hüquqla təsbitlənmiş ərazi bütövlüyünə hörmət etməli, onu tanımalıdır.   

Məsələ ilə bağlı Bizim-Media-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirir ki, Brüssel görüşündə əldə edilən nəticələr Qarabağın Azərbaycanın tərkibində olmasını İrəvanın da qəbul etməsi anlamına gəlir: 

“Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipləri arasında birincidir. Ona görə Bakı bu tələbində tam haqlıdır. Həmin səbəbdən bu məqam Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər paketində də əks olunur. Ərazi bütövlüyü məsələsi əşyanın təbiəti və regionda sülh və əməkdaşlığın, əmin-amanlığın davam etməsi baxımından da şərtdir. Bundan kənarda hər hansı bir münasibət və əməkdaşlıqdan söhbət gedə bilməz.

Digər tərəfdən, İrəvan da tədricən başa düşür ki, dövlətlərin ərazi bütövlüyü məsələsində beynəlxalq prinsiplərdən kənara çıxsalar regionda normal dövlət qura və normal yaşaya bilməyəcəklər.

Düzdür, ermənilər rəsmi şəkildə ərazi bütövlüyü məsələsinə razılıq versələr də, ora başqa nələrisə əlavə etməyə də çalışırdılar. Fikrimcə, bura əlavə ediləsi bir şey yoxdur. İrəvan da bundan kənar addımların real olmadığını gözəl bilir.

Ona görə də ara-sıra səsləndirdikləri bu əlavələr daha çox erməni ictimaiyyətini çaşbaş salmağa hesablanmış addımdır.

Paşinyan bu danışıqlardan xeyli əvvəl bildirmişdi ki, Qarabağ ermənilərinin hüququ Azərbaycan Konstitusiyası ilə müəyyənləşməlidir. Bütün bunlar, o cümlədən Brüssel görüşündə əldə edilən nəticələr onu deməyə əsas verir ki, Qarabağın Azərbaycanın tərkibində olmasını erməni tərəfi də qəbul edir. Önümüzdəki dövrdə bu məsələni real güc həll edəcək.
Real güc isə Azərbaycanın tərəfindədir. Bu mənada ermənilər tədricən də olsa Azərbaycanın dediyini qəbul edir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO