İspaniyada quldurlara məxsus

İspaniyada quldurlara məxsus "Nasizm muzeyi" aşkarlandı - FOTO

Hazırda oxunan: İspaniyada quldurlara məxsus "Nasizm muzeyi" aşkarlandı - FOTO

6852

Qanunsuz silah ticarəti ilə məşğul olan bir quldur dəstəsinin tutulması əməliyyatı zamanı İspaniya polisi "Nasizm muzeyi" ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı jandarmanın mətbuat xidməti yayıb.

Mənbə yazır ki, burada nasizm dövründən bəri çox sayda əşyalar, silahlar, hərbi geyimlər, nasist afişaları, habelə Hitlerin portretləri var.

Dəstə üzvlərindən biri ingilis, ikisi milliyyətcə almandır. Onlardan biri əvvəllər sağçı ekstremistlərlə sıx əlaqə yaradıb və nasist "kolleksiyası"nın sahibi olub.

Başqa bir alman isə Hannover yaxınlığında qanunsuz silah anbarı saxladığı iddiası ilə vətənində axtarılır. İspaniyada özünü adi bir təqaüdçü kimi təqdim edərək yaşayıb.

Malaqada dəstənin sahibi olduğu qanunsuz silah anbarında 121 tapança, 22 tüfəng, 8 silah, 9,976 müxtəlif çaplı patron, 8 səsboğucu, 273 jurnal və 1.5 kiloqram partlayıcı ilə doldurulmuş bir tank əleyhinə qumbaranın saxlanıldığı qeyd edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına görə, cinayətkarlar Şərqi Avropada yararsız halda olan silahları alırlar və sonra öz emalatxanalarında bərpa edərək narkotik satıcılarına satırlar.

Hadisə ilə bağlı istintaq keçən il iki rəqib narkotik karteli arasındakı qarşıdurmalardan sonra başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO