Qərb bölgəsində balıq tutanlara qarşı monitorunqlər başlayıb.
Balıqların kürütökmə dövrü ilə əlaqədar aprelin 1-dən balıq ovuna sentyabr ayının 1-nə kimi moratorium qüvvəyə minməsi ilə əlaqədar Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları monitorinq tədbirlərinə start verib.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumata verir ki, idarənin Şəmkir Xətt polis məntəqəsinin əməkdaşları qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçirib.
MÖVZU İLƏ BAĞLI:
“Zəngin hövzələr” layihəsi: Xəzərə qızılbalıq körpələri buraxıldı - FOTO
Keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb.
Polis əməkdaşları su hövzələrində 400 metrdən çox qanunsuz balıq torlarını aşkarlayaraq sahilə çıxarıb və torlarda aşkarlanan diri balıqları isə yenidən suya buraxıb.
Qeyd edək ki, reydlərin keçirilməsində məqsəd kürüləmə zamanı balıqların qeyri-ənənəvi üsullarla ovlanmasının, həmçinin su hövzələrində balıqların sayının kəskin azalmasının qarşısını almaqdan ibarətdir.
Məqsəd Rəhimov, Bizim.Media