Vətən müharibəsi zamanı şəhid olan, nəşi 6 ay sonra tapılan Təbriz İlqar oğlu Cəfərovun anım mərasimi keçirilib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Bərdədə baş tutan mərasimdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, Tərtər rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasim iştirakçıları ilk öncə Bərdədəki Şəhidlər xiyabanını ziyarət ediblər. T.Cəfərovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının ruhuna dualar oxuyub, şəhidin döyüş yolu haqqında geniş söhbət açılıb.
Daha sonra T.Cəfərovun ailəsi ziyarət edilib.
Qeyd edək ki, əslən keçmiş Ağdərə rayonun Kərəmli kəndindən olan şəhid T.Cəfərov 14 iyul 1995-ci ildə Bərdə rayonunda doğulub.
O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il 19 avqust tarixində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayıb.
2020-ci il 30 sentyabr tarixində Suqovuşan qəsəbəsinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı itkin düşüb. Onun nəəşi 6 aprel 2021-ci ildə tapılıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:05 / 06.04.2022
Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi - FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi - FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi - FOTO
68383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.