"Eldar Mahmudov həmişə məndən pul alıb" – Maqsudun məhkəmədə İFADƏSİ

Hazırda oxunan: "Eldar Mahmudov həmişə məndən pul alıb" – Maqsudun məhkəmədə İFADƏSİ

68349

1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloger Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Mahmudov ifadə verib.

M.Mahmudov iddia edir ki, onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istəyiblər:

"Milli Təhlükəsizlik Nazirliyində məndən bir Gelandewagen və 250 min manat istədilər. Bildirdilər ki, əks halda həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür. Həmin obyekti 250 minə istədilər. Aslan isə 450 min manata dedi. Sonra dedi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq".

İfadə zamanı Maqsud Mahmudov Eldar Mahmudovun ondan pul aldığını deyib:

“Eldar Mahmudovla mən uşaqlıqdan bir həyətdə böyümüşəm. Həmişə məndən pul alıb Eldar. Mən indi istəmirəm ki məni dələduz kimi tanısınlar. Aslan deyir ki 110 min ondan pul almışam. Amma elə deyil” (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO