Rusiyalı bloger İlya Varlamov 2020-ci il üçün ölkənin ən təhlükəli 10 şəhərinin adını açıqladyıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Onun fikrincə, Tıva Respublikasının paytaxtı Kızıl 100 min əhaliyə 35 cinayət olduğu reytinqə başçılıq edir.
Bloger YouTube kanalında qeyd edib ki, bu göstərici dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Meksika və Braziliyanın göstəricilərini də üstələyir.
Varlamov ikinci yeri Maqadana verib. Orada qətllərin sayı Rusiyanın orta göstəricisini beş dəfə qabaqlayır. İlk üçlüyü Ulan-Ude bağlayıb və ümumrusiya göstəricisini üç dəfə geridə qoyub.
Bloger reytinqində aşağıdakı yerləri Blaqoveşensk, Çelyabinsk, Rostov vilayətinin Şaxtı, Rostov-na-Donu, Yekaterinburq, Sankt-Peterburq və Moskvaya verib.
Varlamovun hesablamalarına görə, paytaxtın onuncu yerdə olmasına baxmayaraq, hər dəqiqə kimisə öldürməyə çalışırlar və ən təhlükəli yerləri bazarlar və qatar stansiyaları təşkil edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 30.12.2020
Bloger Rusiyanın ən təhlükəli şəhərlərinin reytinqini hazırladı
Hazırda oxunan: Bloger Rusiyanın ən təhlükəli şəhərlərinin reytinqini hazırladı
Hazırda oxunan: Bloger Rusiyanın ən təhlükəli şəhərlərinin reytinqini hazırladı
6834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.