“Jara” festivalının adı dəyişdirildi – YENİSİ BUDUR

“Jara” festivalının adı dəyişdirildi – YENİSİ BUDUR

Hazırda oxunan: “Jara” festivalının adı dəyişdirildi – YENİSİ BUDUR

68319

25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

Adın hansı səbəbdən dəyişdirilməsinin səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək. Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Emin var.

Festivalda, həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.

“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO