Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında videoformatda çıxış edib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, o, Ukraynadakı son vəziyyətlə bağlı TŞ üzvülərini məlumatlandırıb.
“Buçada rus əsgərləri yalnız ukraynalı hərbçiləri öldürmür, onlar mülki sakinləri də qətlə yetirirlər. Putinin əsgərləri məqsədli şəkildə ev-ev gəzərək sağ qalanları və qaçıb gizlənənləri çölə çağırıb qətlə yetiriblər".
MÖVZU İLƏ BAĞLI:
Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutdu
Qətlə yetirilən şəxslərin doğmalarının adından müraciət edən V.Zelenski əlavə edib ki, törədilən hadisələr İŞİD-in əməllərdən fərqlənmir.
"Bunu törədən isə BMT Təhlükəsizlik Şurasına üzv dövlətin hərbçiləridir", - deyə V.Zelenski vurğulayıb.
Bizim.Media