Yuxarı Qarabağ kanalına Mingəçevir Su Anbarından saniyədə 68 kubmetr su ötürülür

Yuxarı Qarabağ kanalına Mingəçevir Su Anbarından saniyədə 68 kubmetr su ötürülür

Hazırda oxunan: Yuxarı Qarabağ kanalına Mingəçevir Su Anbarından saniyədə 68 kubmetr su ötürülür

68169

Mingəçevir Su Anbarında  mövcud olan  ehtiyatlara uyğun mənbəyini bu hövzədən alan Yuxarı Qarabağ kanalının su ötürücülük imkanları duruma uyğun şəkildə  müəyyən olunur.

Bizim.Media-nın məlumatına görə, hazırda anbarda  suyun səviyyəsi  72 metr həddindədir (ən son dünənki gün ərzində 72,04 metr təşkil edib).

172,4 kilometr məsafədə ölkənin 11 rayonunu su ilə təmin edən Yuxarı Qarabağ kanalına müvafiq olaraq su anbarından saniyədə 68 kubmetr su ötürülür. 

Yuxarı Qarabağ Kanalı İstismari İdarəsindən verilən məlumata görə, kanalın ötürücülük qabiliyyəti saniyədə 113 kubmetr olsa da mənbədə olan su ehtiyatlarına uyğun qənaət rejimi tətbiq edilir.

Paylayıcı kanallarla yanaşı Yuxarı Qarabağ Araz çayını da müvafiq ölçüdə su ilə təmin edir.

Burada da rəqəm gündəlik duruma uyğun müəyyən olunur. Məsələn, son bir neçə gün ərzində çaya kanaldan su  ötürücülük qabiliyyəti saniyədə  16-18.5 kubmetr arasında dəyişib.
Su itkilərinim qarşısının alınmasına ciddi səy göstərilir və su istifadəçilərinə də zəruri tövsiyələr verilir. Çünki kanalın torpaq qatlı olması onsuz da 22 faizlik təbii  su itkisinə yol açır. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO