“Bir neçə gün əvvələ qədər Rusiya qüvvələrinin nəzarətində olan Buça və Kiyev ətrafındakı digər şəhərlərdə mülki əhalinin qəddarlıqla öldürülməsi ilə bağlı görüntüləri hamımız gördük”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Buçada baş verənlər ağlasığmazdır. Bu, qəddarlıqdır. Avropa son illərdir ki, belə bir hadisəyə şahid olmayıb.
Mülki əhalinin hədəf alınması və qətlə yetirilməsi müharibə cinayətidir. NATO müttəfiqləri bununla bağlı istintaqın başladılmasını, Beynəlxalq Cinayət Məhkəməsi və BMT vasitəsilə araşdırılmasını dəstəkləyir. Bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır”- deyə Stoltenberq qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:36 / 05.04.2022
"NATO Buça hadisəsi ilə bağlı istintaqın başladılmasını dəstəkləyir" - Stoltenberq
Hazırda oxunan: "NATO Buça hadisəsi ilə bağlı istintaqın başladılmasını dəstəkləyir" - Stoltenberq
Hazırda oxunan: "NATO Buça hadisəsi ilə bağlı istintaqın başladılmasını dəstəkləyir" - Stoltenberq
68166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.