Bizim uşaqlarımız niyə danışa bilmir? – Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır

Bizim uşaqlarımız niyə danışa bilmir? – Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır

Hazırda oxunan: Bizim uşaqlarımız niyə danışa bilmir? – Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır

68161

Son zamanlar uşaqların yaşadıqları ən ciddi problemlərdən biri də nitq məsələləridir. Çağdaş dünyanın texnoloji inkişafı və ekoloji tarazlığın pozulması əksər körpələrdə gec danışmaq, qüsurlu nitq kimi xəstəliklər yaradıb. Bu da uşaqların cəmiyyətə adaptasiya olunmasında problemlərlə müşahidə olunur. 

Bəs bunun səbəbi nədir, bu gedişatın qarşısını önləmək mümkündürmü?

Bizim.Media sahə mütəxəssisləri ilə bu barədə danışıb. 

Loqoped-psixoloq Sevinc Rzayeva bildirib ki, əgər uşaqda doğuşdan yaranan heç bir problem yoxdursa, nitq qüsurlarının yaranmasının əsas səbəbi valideyinlə uşaq arasındakı rabitənin qırılmasıdır:

“Valideyn uşağı cəmiyyətə uyğunlaşdıran əsas qüvvədir. Gün ərzində uşağa fiziki və zehni məşqlər etdirməklə praktiki olaraq uşağı cəmiyyətə uyğunlaşdırmağa çalışılmalıdır”.

Ekspert deyir ki, əsassız yaradılan qorxular da uşağı özünə qapanmağa sövq edir , nəticədə belə uşaqlar cəmiyyətə və ətrafdakı dəyişikliklərə uyğunlaşa bilmirlər:

“Son dövrlərdə bəzi valideynlər rahatlıq baxımından uşaqları televizor planşet və kompyuter izləməyə vadar edirlər. Nəticədə isə uşaqlarda onlardan asılılıqlar yaranmağa başlayır. Bunu bir növ pedoqoji baxımsızlıq da adlandırardım. Yəni valideynlər uşaqları doğru danışdırmağa çalışmalıdır. Ünsiyyət vərdişlərinin formalaşmasına vadar etməlidir. Uşaqların zehni və əqli düşüncələrinin normal qurulması üçün nisbətən həssas olan uşaq beyni çox yüklənməməlidir və həmçinin fiziki və zehni hərəkətlər növbələşməlidir.
 

Nitq qüsurlarının bərpası, eləcə də böyük və kiçik motorika həmçinin zəkada irəliləyişlərin baş verməsi üçün sırf bəzi inkişaf etdirici oyuncaqların istifadəsi tövsiyə olunur ki, məhz bu alətləri alaraq loqoped məsləhəti əsasında evdə də uşaqları məşq etdirə bilərlər”. 


Digər mütəxəssis Şəhla Əliyeva isə pandemiyanın bu problemi daha da dərinləçdirdiyini qeyd edib: 

“Tendensiyaya baxsaq indiki uşaqlarlarda nitq inkişafından qalma çox geniş yayılıb. Son illərdə aktual səbəblərdən biri də pandemiya idi. Məhz pandemiya şəraitində uşaqlar evə qapanırdılar. Məktəblər və baxçalar bağlanıldı. Evə qapanaraq telefon və televizorlardan aşırı istifadə uşaqlarda nitq ləngiməsinə səbəb oldu. Planşet və telefon kimi vasitələrdən xeyli müddət istifadədən sonra uşaqlarda göz kontaktı problemi və diqqət yayınması kimi hallar baş verdi. Həmçinin ailədə yaranan ikidillilik də buna səbəb ola bilər.
 

Məsələn uşaqla evdə Azərbaycan dilində danışırlar, baxçada isə rus dilində. Uşaq planşetdə isə rus və türk dillərində videolara baxır. Nəticədə beynində yığılan informasiyaları tarazlaya bilmir və danışığında qüsurlar yaranmağa başlayır”.


Şəhla Əliyeva həyəcanla qeyd edib ki, şəxsi statistikamla ddeyə bilərəm ki, əgər əvvəllər qəbuluma gələn 15 uşaqdan 10-da autizm sindromu aşkar olunurdusa, indi 15 uşaqdan 14-də nitq inkişafının ləngiməsi müşahidə olunur.

Məsələn 4 yaşlı uşaqlar 2 yaşlı uşaq kimi danışırlar. Bu kimi məsələlər gündəmin ən aktual probleminə çevirilib. Təəsüflər olsun ki, uşaqların nitq inkişafı ləngiməsi eyni zamanda psixoloji inkişafın ləngiməsinə səbəb olur. Ona görə belə hallarda erkən müdaxilə etmək lazımdır. Əgər uşağın 2 yaşı varsa, o jest və mimikadan çox istifadə edirsə, amma öz fikirlərini sözlə ifadə edə bilmirsə, mütləq nervpotoloq, psixoloq və loqopedə göstərilməlidir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO