Səidə ilə Nigar arasında QALMAQAL:

Səidə ilə Nigar arasında QALMAQAL: "Sənə nə pisliyim dəyib?" – VİDEO

Hazırda oxunan: Səidə ilə Nigar arasında QALMAQAL: "Sənə nə pisliyim dəyib?" – VİDEO

68062

Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanova ilə bağlı dediyi sözlərə aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, ifaçı bu barədə “Instagram” hesabında video paylaşıb. 

O, sözlərinin xanəndəyə aid olmadığını söyləyib. 

“Bu yaxınlarda “Şourum” verilişində qonaq oldum. Soruşdular ki, dəflə xanəndəlik edən xanımlara estrada mahnıları uyğun gəlmir. Mən də söylədim ki, anlamıram dəf dini bir şeydir ki? Camaat dəflə hind, ərəb rəqsi oynayır.
Sonra söylədilər ki, Nigar Şabanovanı buna görə qınayırlar. Mən də Nigarın xətrini çox istəyirəm, hər zaman bir-birimizə hörmətimiz olub. Ona görə dedim ki, bunun ona nə aidiyyatı var, Bakı balaca şəhərdir, hamının bir-birindən xəbəri var. Dedim ki, dəflə oxuyan xanımlar var ki, məndən də yaxşı yaşayırlar. Bunun dəflə nə əlaqəsi? Bu sözü Nigara ünvanlamadım. Əksinə onu təriflədim ki, dəfsiz də oxusa, yaxşı olar” – deyə Sultan qeyd edib. 

O, həmçinin maqazin verilişlərinə səslənib: 

“Məni çağırmayın. Sərt söz deyirəm, verə bilmirsinizsə verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib? Sözümü verə bilmirsinizsə, çağırmayın.
Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun 1 faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Nigar, səni tanıyıram, sənin haqqında elə söz demərəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO