4 günlük MÜBARİZƏNİ 4 il sonra 44 günlük ZƏFƏRƏ çevirənlər – APREL DÖYÜŞLƏRİ

4 günlük MÜBARİZƏNİ 4 il sonra 44 günlük ZƏFƏRƏ çevirənlər – APREL DÖYÜŞLƏRİ

Hazırda oxunan: 4 günlük MÜBARİZƏNİ 4 il sonra 44 günlük ZƏFƏRƏ çevirənlər – APREL DÖYÜŞLƏRİ

67959

2016-cı ildə baş verən Aprel döyüşləri hərb tariximizin QƏLƏBƏ səlnamələrindən biridir. Lələ Təpəyə sancılan üçrəngli bayrağımız məhz o tarixdən Şuşaya qədər yol aldı. 

İndi fəxarətlə andığımız həmin günləri Bizim.Media ilk olaraq İsrailli siyasi ekspert Mixail Finkellə çözüb. 

Yəhudi ekspertin fikrincə, 2016-cı il Aprel döyüşlərindən sonra Azərbycan əsgəri və ümumilikdə Azərbaycan xalqı psixoloji olaraq qələbəyə kökləndi:
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük Vətən Müharibəsi necə başladı? –“Kukruzniklər” – TAM MƏXFİ PLAN - VİDEO


“2016-cı ildə Azərbaycan- Ermənistan arasında baş verən Aprel döyüşləri birinci Qarabağ müharibəsində  Azərbaycanın 20 faiz torpaqları düşmən tərəfindən zəbt olunarkən yaşadığı fəlakətlərdən sonra Azərbaycanın qazandığı ilk həssas qələbə idi. 4 gün davam edən bu müharibə ərzində Azərbaycan bütün dünyaya öz hərbi gücünü göstərdi.

Həmçinin, bu müharibə ərzində Azərbaycan qarşı tərəfə sərt hərbi dildə danışmağın mövcud olduğunu da xatırlatdı. Yerigəlmişkən, vurğulamaq istərdim ki, Aprel döyüşlərində Azərbaycan İsraildən aldığı müasir texnoloji silahlardan da istifadə edib.

Bu cür silahlara sahib olmaq Azərbaycan ordusu üçün əlavə bir üstünlük idi. Buraya İsrail dronları, raketləri də daxildir. Qısa olmasına baxmayaraq Aprel döyüşlərinin Azərbaycan üçün çox önəmli nəticəsi oldu.

Məhz bu döyüşlər Azərbaycan ordusunda ruh yüksəkliyi yaratdı. 2016-cı il Aprel döyüşlərindən sonra Azərbycan əsgərləri və ümumilikdə Azərbaycan xalqı psixoloji olaraq qələbəyə kökləndi.

Azərbaycan insanları inanmağa başladılar ki, onlar bölgədəki mümkün vəziyyəti dəyişib qələbə qazana bilərlər. Bu döyüşlər o vaxta kimi mövcud olan bütün erməni təbliğatını dağıtdı. Aprel döyüşləri Azərbaycan ordusunun  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı daha böyük bir qələbənin başlanğıcı oldu”. 
Digər ekspert, azərbaycanlı politoloq Elçin Axundzadə məsələyə bir az simvolik çalar da qatıb.

O qeyd edib ki, Aprel döyüşlərinin müddəti göstəricisi olan 4 rəqəmi və vətən müharibəsinin başlamasına kimi keçən 4 ildəki 4 rəqəmini yanaşı yazdıqda 44 rəqəmi alınır ki, bu da bizim İkinci Qarabağ,  Vətən Müharibəsinin Zəfər günlərinin sayına bərabər olur:

“28 il boyunca Azərbaycan  Beynəlxalq arenalarda BMT-nin Azərbaycan üzrə qəbul etdiyi qətnamələrin həyata keçməsini tələb edirdi, lakin Azərbaycanın bu tələbinə heç bir reaksiya verilmirdi. Bəlkə çoxlarında bizim yalnız siyasət meydanında savaş apardığımız barədə fikirlər yaransa da həqiqətdə bu belə deyildi. Azərbaycan dövləti tək başına öz ərazisindən qovulan bir milyondan çox azərbaycanlı qaçqın saxlayırdı. Bununla paralel olaraq biz öz ordumuzun imkanlarını da gücləndirirdik. Cənubi Qafqazda ən böyük büdcə məhz Azərbaycan Ordusunda idi. Dövlətin əsas gəlirlərinin böyük bir hissəsi orduya yatırılırdı və təbii ki, də bu əbəs deyildi.

Bəziləri bunun sadəcə bir statistika olduğunu düşünməkdə yanılırdılar. Bu tip düşüncələr isə Azərbaycanın daim sülh yolu ilə öz torpaqlarını qaytarmaq istəməsi nəticəsində yaranırdı.

Xocalı faciəsindən düz 24 il sonra  4 gün davam edən Aprel döyüşlərində Azərbaycan öz hərbi gücünü düşmənə göstərməklə onu sülhə vadar etdi. Hətta əli Xocalı körpələrinin qanına batmış Serj Sarkisyan da Aprel döyüşlərindən sonra öz nitqində vurğulamışdı ki, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil”.

Aprel döyüşlərinin hərbi-strateji nəticələrinə gəlincə, Elçin Axundzadə bildirib ki, Fizuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi bir növ düşmənə verilən bir mesaj idi:

“Əgər biz 90-cı illərə qayıtsaq görərik ki, düşmən bu yüksəklikləri qazanmaq uğrunda xeyli vaxt itirmişdi və həmən vaxtın müqabilində 4 günə bu yüksəklilkərin azad olunması düşmənə göz dağı ilə yanaşı, hərbi cəhətdən qeyri-bərabər gücdə bir ölkə ilə üz-üzə olduğunu göstərən bir fakt idi. Lakin düşmən bölgədəki yeni reallıqlarla barışmaq istəmədi. 

Ali baş komandanımız və rəşadətli ordumuz 4 gün ərzində qazanılan zəfəri 4 il sonra məhz 44 günlük zəfərə çevirdilər. Bununla da dünya hərb sənətində yeni bir tarix yazdılar.

Aprel döyüşlərinin müddəti göstəricisi olan 4 rəqəmi və vətən müharibəsinin başlamasına kimi keçən 4 ildəki 4 rəqəmini yanaşı yazdıqda 44 rəqəmi alınır ki, bu da bizim İkinci Qarabağ, Vətən Müharibəsinin davam etdiyi günlərin sayına bərabər olur.
Oxşar rəqəmlərə hesablanan günləri ona görə vurğuladım ki, onların hər biri zəfər tariximizə Azərbaycanlı əsgər və zabitlərin qanı ilə yazılıb və o günlərdə işğaldakı torpaqlarımız qarış-qarış azad olunub. Hərb sənətində məhz bu cür rəqəmlərlə sonlanan savaşlar nadir hallarda tapılır. Zənnimcə, bu rəqəmlər düşmənə qələbə ilə çəkilən bir dağdır. Elə bir dağdır ki, həmişə ona baxanda həm hərbi, həm də tarixi bir dərs alacaqlar”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO