XİN-də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı tədbir - YENİLƏNİB/FOTO

XİN-də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı tədbir - YENİLƏNİB/FOTO

Hazırda oxunan: XİN-də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı tədbir - YENİLƏNİB/FOTO

67933

Bu gün Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan  və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan ilə Rusiya  arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci ildə qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin tarixinin daha qədim olduğunu qeyd edib. 
SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən nazir müavini, iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu ifadə edib. 

Nazir müavini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunun yüksək qiymətləndirildiyini bildirib və regionda sülh və sabitliyə nail olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini qeyd edib. 

O, Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafının əsasında iki dövlət başçısı arasında mövcud olan yaxşı münasibətlər ilə yanaşı, iki xalq arasında tarixən mövcud olan sıx təmasların durduğunu bildirib. 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

*** 15.43 

Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başlayıb. 

Bu barədə Bizim.Media-ya XİN-dən xəbər verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO