Azərbaycanda kartof və soğan niyə bahalaşdı? - VİDEO

Azərbaycanda kartof və soğan niyə bahalaşdı? - VİDEO

Hazırda oxunan: Azərbaycanda kartof və soğan niyə bahalaşdı? - VİDEO

67908

Bazarlarda kartof və soğanın qiyməti bahalaşıb.

Bizim.Media xəbər verir ki, son vaxtlar bu tərəvəzlərin  qiymətində təxminən  70 qəpiyə qədər artım müşahidə edilir.

Belə ki, bazarda  kiloqramı 80 qəpiyə satılan soğan hazırda 1 manat 50 qəpiyə, 1 manat 20 qəpiyə satılan kartof isə 2 manata təklif olunur. Alıcılar daha çox yerli məhsulların bahalaşdığını bildirirlər.
Satıcılar isə qiymət artımını mövsümlə əlaqələndirirlər. 

Ancaq bölgələrdə qiymət artımı o qədər də çox deyil. Məsələn Tovuz bazarında bu tərəvəzlər təxminən 20 qəpik bahalaşıb. Mövsümlə əlaqədar yerli məhsul da azalıb.

Fermerlər isə bahalaşmanı ölkəyə bu tərəvəzlərin idxalının azalması ilə əlaqələndirirlər.

Fermerlərin sözlərinə görə, iqlim şəraitinin dəyişməsi də məhsuldarlığın azalmasına və qiymət artımına səbəb olan amillərdəndir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO