Avtobuslarda neçə yaşından yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir? - CAVAB

Avtobuslarda neçə yaşından yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir? - CAVAB

Hazırda oxunan: Avtobuslarda neçə yaşından yuxarı uşaqlar üçün gediş haqqı ödənilməlidir? - CAVAB

67887

Bakıda fəaliyyət göstərən marşurut avtobuslarının bəziləri 6 yaşdan, digərləri isə 7 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının ödənişli olduğunu bildirir. Bu isə sərnişinləri çaş-baş salır. Onlar hansı qaydanın doğru olduğunu özləri üçün aydınlaşdırmaqda çətinlik çəkirlər.

Bizim.Media olaraq bu suala aydınlıq gətirmək istədik.

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, qanunvericiliyə əsasən 5 yaşdan yuxarı uşaqlar üçün avtobuslar pulludur:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni ildən avtobuslarda gediş haqqı BAHALAŞIR? – Ekspertdən CAVAB


“Proses qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin avtomobil nəqliyyatın ilə sərnişinlərin danışmasını özündə əks etdirən 141 saylı qərarına görə, 5 yaşına qədər uşaqlar sərnişin avtobuslarında pulsuz daşınır. Bu isə o deməkdir ki, artıq 5 yaşdan yuxarı uşaqlar üçün gediş haqqı ödənişlidir”. 

Belə olan halda, həmsöhbətimizə görə, bəzi avtobuslarda 6, bəzilərində isə 7 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının pullu olduğu barədə verillən elanlar həmin marşurutları idarə edən şirkətlərin şəxsi təşəbbüsünün nəticəsidir: 

“Yəni istənilən şirkət bu barədə öz şəxsi təşəbbüsü ilə həmin yaş həddini qaldıra bilər. Hətta istəsələr hamını pulsuz daşıya bilərlər.
Hər bir avtobus şirkəti daha çox sərnişin cəlb etməyə çalışır. Bu əsasda da müxtəlif şirnikləndirici, cəlbedici təkliflərlə çıxış edirlər. Uşaqlar üçün gediş haqqının müəyyən edilmiş 5 yaş deyil, 6 və ya 7 yaşdan müəyyən edilməsi də daha çox sərnişin cəlb etməyə hesablanmış addımdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO