Aleksandr Vuçiç prezident seçkilərində qalib gəldiyini açıqladı

Aleksandr Vuçiç prezident seçkilərində qalib gəldiyini açıqladı

Hazırda oxunan: Aleksandr Vuçiç prezident seçkilərində qalib gəldiyini açıqladı

67821

Serbiyada keçirilən prezident seçkilərində Aleksandr Vuçiç birinci turda qələbə qazandığını elan edib.

Bizim.Media xəbər verir ki, A.Vuçiç Serbiya Tərəqqi Partiyasının qərargahında keçirilən mətbuat konfransında seçkilərdə qalib gəldiyini deyib: “Bizim məlumatlara görə, mən səslərin 59,8 faizdən 60,1 faizə qədərini toplamışam. Serbiyada heç kimin edə bilmədiyini bacardım. Birinci turda iki dəfə qalib gələn yeganə prezident mənəm”.

Parlament seçkilərinin nəticələrini şərh edən A.Vuçiç bildirib ki, Serbiya Tərəqqi Partiyası və koalisiya tərəfdaşı Voyvodina Macarları İttifaqı parlamentdə çoxluğa sahib olmaq üçün kifayət qədər səs toplayıb.

2017-ci ildə ilk dəfə prezident seçilən A.Vuçiç növbəti müddətə Serbiya Respublikasının Prezidenti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO