Sabah Ukraynaya görə Moldovada matəm olacaq - Mayya Sandu açıqladı

Sabah Ukraynaya görə Moldovada matəm olacaq - Mayya Sandu açıqladı

Hazırda oxunan: Sabah Ukraynaya görə Moldovada matəm olacaq - Mayya Sandu açıqladı

67809

Bazar ertəsi, 4 aprel 2022-ci ildə Moldovada  dövlət bayraqları yarıya qədər endiriləcək.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Moldova Respublikasının Prezidenti Mayya Sandu səsləndirib.

Onun sözlərinə görə, sabah aprelin 4-də Ukraynada son 39 günün bütün günahsız qurbanlarının xatirəsinə Moldova Respublikasında milli matəm günü elan ediləcək.

"Biz bütün dünya ilə birlikdə Kiyev yaxınlığındakı Buça şəhərindəki vəziyyətdən şokdayıq. Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı bu qanunsuz və əsassız müharibəni pislədiyi kimi, insanlığa qarşı törədilmiş bu cinayətləri də qətiyyətlə pisləyir", deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO