Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib Gürcüstan təmsilçisi Gela Bolkvadze olub.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması aktivinə 8-ci medalı yazıb.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.
Bizim.Media
![Rafiq Hüseynov üçqat Avropa çempionu oldu Rafiq Hüseynov üçqat Avropa çempionu oldu](https://bizim.media/file/articles/2022/04/03/1649007564_13ec969e-05a5-4a8d-a7e0-6423474a9ad3.jpg)
- A-
- A
- A+
İdman
21:48 / 03.04.2022
Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
Hazırda oxunan: Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
Hazırda oxunan: Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
67801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.