Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.
Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Qriqori Minaskini (Estoniya), daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib.
1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalezə (Rumıniya) qalib gəlib.
Eyni çəkidəki Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanları (Türkiyə) yensə də, Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb.
90 kq-da yer alan Rüfət İsmayılov 1/32 finalda Qeorqi Qramatikovu (Bolqaristan) mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti raundda Sven Heynleyə (Almaniya) qalib gəlsə də, Alişer Yusupova (Özbəkistan) uduzub. Kokauri təsəlliverici görüşdə Temur Rakhimovu məğlub edə bilməyib.
Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.
Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:08 / 03.04.2022
Elmar Qasımov Antalyada bürünc medal uğrunda görüşə çıxacaq
Hazırda oxunan: Elmar Qasımov Antalyada bürünc medal uğrunda görüşə çıxacaq
Hazırda oxunan: Elmar Qasımov Antalyada bürünc medal uğrunda görüşə çıxacaq
67768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.