Polşa ABŞ əsgərlərinin Avropadakı sayının 150 minə çatdırılmasını alqışladı

Polşa ABŞ əsgərlərinin Avropadakı sayının 150 minə çatdırılmasını alqışladı

Hazırda oxunan: Polşa ABŞ əsgərlərinin Avropadakı sayının 150 minə çatdırılmasını alqışladı

67767

Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski Avropada NATO-nun Şərq cinahında ABŞ əsgərlərinin sayının artırılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, Baş nazir mövcud vəziyyəti nəzərə alaraq Avropadakı ABŞ əsgərlərinin sayının 100 mindən 150 minə çatdırılmasının Polşa tərəfindən alqışlana biləcəyini ifadə edib.

Polşa rəsmisinin sözlərinə görə, ABŞ hərbçilərinin 75 min nəfəri Rusiya ilə həmsərhəd ərazilərdə, 50 min nəfəri isə Polşa və Baltikyanı ölkələrdə yerləşdirilə bilər. Bununla da NATO ölkələrinə qarşı mümkün hücumların qarşısını almaq üçün çəkindirici tədbirlər görülmüş olar.

Y. Kaçinski mətbuat açıqlamasında Ukrayna böhranı fonunda ABŞ-ın nüvə silahlarının davamlı şəkildə Şərqi Avropada yerləşdirilməsi mövzusuna da toxunub və hazırda bu sualın aktuallıq daşımadığını bildirib.

Baş nazirin müavini Almaniyanın mövqeyini tənqid edərək bildirib ki, rəsmi Berlin mövcud vəziyyətdə Ukraynaya daha çox silah göndərə və Aİ-də Rusiyaya qarşı neft embarqosu qoyulması üçün səylər göstərə bilərdi. Polşa Almaniyanın Avropada tutduğu hazırkı mövqeyindən məmnun deyil və düşünür ki, həmin mövqe daha konstruktiv ola bilərdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO