Estrada müğənnisi Maks Barskix Rusiyadan imtina etdi: Ukrayna ordusuna yazıldı - VİDEO

Estrada müğənnisi Maks Barskix Rusiyadan imtina etdi: Ukrayna ordusuna yazıldı - VİDEO

Hazırda oxunan: Estrada müğənnisi Maks Barskix Rusiyadan imtina etdi: Ukrayna ordusuna yazıldı - VİDEO

67766

Xəbər verdiyimiz kimi, ukraynalı estrada müğənnisi Maks Barskix (əsl adı Nikolay Bortnik) martın 10-da şəxsi bloqunda Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra ləğv edilmiş konsertlərin biletlərinin pulunu rus pərəstişkarlarına qaytarmaqdan imtina edib. 

Barskinin sözlərinə görə, biletlərin alınmasından əldə olunan vəsait “xeyriyyə məqsədləri”nə gedəcək. Əvvəllər o, artıq Rusiyada çıxış etmək fikrində olmadığını bildirib.

“Mən Şərqi Avropadan olan insanlar üçün bütün dünyada konsertlər vermişəm, verirəm və verəcəyəm. Sizə kim deyib ki, Rusiya məni ölkədən çıxarıb?”, - deyə o bildirib.

Eventworld saytının məlumatına görə, Maks Barskinin Almaniya və Çexiyada 2022-ci ilin yaz və yayında konsertləri var. İyunun 10-da o, Ukraynanın Xarkov şəhərində konsert keçirilməli idi.

Maks Barskix martın 11-də “İnstagram”da mahnılarını Rusiya Federasiyası ərazisində qadağan etdiyini və Rusiya şirkətləri ilə müqavilələri pozduğunu bildirib.

Bizim.Media gazeta.ru saytına istinadən xəbər verir ki, bu gün isə o, Ukrayna Silahlı Qüvvələri sıralarına daxil olduğunu deyib.

“Sabahdan təlimlər başlayır. Bunu kim təxmin edə bilərdi? Bir ay əvvəl əlimdə olan tək şey mikrofon idi, amma indi hər şey dəyişir”, - o, sosial şəbəkələrdə yayımladığı videoda bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxarıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO