75 yaşı tamam olan deputatdan Bizim.Media-ya ÖZƏL AÇIQLAMA

75 yaşı tamam olan deputatdan Bizim.Media-ya ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: 75 yaşı tamam olan deputatdan Bizim.Media-ya ÖZƏL AÇIQLAMA

67752

Ötən gün 75-ə tamam deyib, 76-cı yaşına qədəm qoyan millət vəkili Vahid Əhmədov doğum gününü 60 illik dostu ilə birgə Xaçmazda keçirib. 

Qubadan seçilən, Milli Məclisdə ötkəm və sərrast çıxışları ilə həmişə  hədəfə toxunan deputat yeni yaşının ilk günündə "Bizim.Media" ilə söhbətləşib.

"Yaşımın bir ili də artdı. Ad günümü ailəmlə birgə və illərin dostu olan yaxınımla  birgə keçirdim. Düzdür,  dostum bir az nasaz idi. Onu görə də məhz bu günümdə yanında olmalıydım”, deyə deputat qeyd edib. 

Söhbət zamanı ailəsindən də söz açan  Vahid müəllim iki övladı , 5 nəvəsi olduğunu deyib:

“Keşməkeşli və çətin həyat yaşamışam.Vaxt  olub ki, məni həbs etmək də istəyiblər, amma, həyatım boyu düzlük prinsipinə və dövlətçilik ideyama sadiq  qalmışam. Məni yaşadan da elə budur".

Xatırladaq ki, Vahid Əhmədov 2 aprel 1947-ci ildə Qonaqkənd rayonunun  (1930-1959-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasında mövcud olmuş inzibati vahid. Mərkəzi Qonaqkənd kəndi olub) Qonaqkənd yaşayış məskənində doğulub. Valideynlərinin məzarı da bu kənddədir. 

O, Qonaqkəndə çəkilən yolun dağ kəndlərinin infrastrukturunun inkişafına mühüm təsir göstərəcəyini deyib.

Deputat Quba-Şamaxı yolunun nə vaxt çəkiləcəyi ilə bağlı sorğumuzu belə cavablandırıb:

"Hələlik Qarabağda möhtəşəm yollar çəkilir, inanıram ki, dövlət başçımız Quba-Şamaxı yolunun çəkilməsi məsələsinin reallaşması üçün də  göstəriş verəcək”.

Sonda millət vəkili Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevə  onu 75 illiyi münasibətilə Fəxri diplomla təltif etdiyi üçün təşəkkür edib:

“Allah verən ömürdü, çalışacağam ki, həyat devizimə və Qarabağı bizə qaytaran dövlət başçımıza sözdə yox, əməlimlə də sadiq qalım”.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO